Ötən gecə iki avtoxuliqan şəhərin mərkəzində yarışa girərək, zəncirvari qəza törədib.
Avtoşlar ötdükləri avtomobillə toqquşub və sonra 3 avtomobil səkidə dayanmış avtomobillərə çırpılıb.
Ümumilikdə 9 avtomobil əzilib və yararsız hala düşüb.
Polis hesabatlarında bu qəza və onun iştirakçıları haqqında bir kəlmə də yoxdur. Halbuki, Bütün digər hallarda polis xırda oğruların və narkomanların adlarını və fotolarını açıqlayır.
Sosial şəbəkələrdə yayılan videoda qəza və onun nəticələri əks olunub. Polis yalnız bir nəfərin yaralandığını bildirir. /"Turan"
@az_politika Bakıda zəncirvari qəzanın görüntüləri #trend #trending #Maraqlı #avtomobil orijinal ses - AzPolitika


Şərhlər
Siz çox düzgün qeyd etmisiniz..."Polis hesabatlarında bu qəza və onun iştirakçıları haqqında bir kəlmə də yoxdur. Halbuki, Bütün digər hallarda polis xırda oğruların və narkomanların adlarını və fotolarını açıqlayır."...bax məsələnin incəliyi də elə burdadır, "iribuynuzlulardan" hamı çəkinir. Sabiq Qaçqınkom sədri Əli Həsənovun nəvəsi 1-2 nəfəri maşınıynan vurdu öldürdü, 2-3 nəfəri ömürlük şikəst etdi, 1-2 il iş verdilər, onun da 1/3-in yatdı-yatmadı, sanatoriya-kurort şəraitində...bax reallıq budur, ona görə də cəmiyyət mənəvi cəhətdən aşınmaya məruz qalır..Təqaüdlər arasında bəzən fərq 5-10 dəfə yox daha çoxdur, 200-300 alan dərmana çatdıra bilmir, 3-5 min və daha çox alan dünyanı gəzir...Korrupsiya, Dövlət vəsaitini dağıtma pik həddədir, Müdafiə Nazirliyi işçiləriinin məhkəməsi artıq 2-3 ildi gedir bir yana çıxarda bilmirlər, talançılar da generallar, polkovniklərdi...