Menu

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - YENİLƏNİB

02.05.2024, 20:41
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - YENİLƏNİB

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. APA-nın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

***

Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

Məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək.

Belə ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol