Menu

Qubad İbadoğlu bağ evinə köçüb - İddiası təmin edilib

01.05.2024, 20:31
Qubad İbadoğlu bağ evinə köçüb - İddiası təmin edilib

Bir neçə gün öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun yaşayış yerinin dəyişməsi ilə bağlı məhkəməyə müraciətinə də müsbət cavab verilib.

"AzPolitika" xəbər verir ki, onun müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılıb və iddiası təmin sdilib. Qubad İbadoğlunun yaşayış yerinin dəyişməsinə və bağ evinə köçməsinə icazə verib.

Xatırladaq ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. 9 ay həbsdə saxlanılıb. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol