İqtisadçı ekspert Qubad İbadoğlu “Media forum” saytına deyib ki, benzinin qiyməti aşağı salınmalıdır:
“Bir il əvvəl Azərbaycanda benzinin qiymətini qaldıran Tarif Şurasının ən başlıca arqumenti dünya bazarında neftin bahalaşması idi. O zaman bunu əsas götürərək qiyməti 30 faizədək qaldırdılar. Həmin dövrlə müqayisədə dünya bazarında neftin 1 barreli 30 faizdən çox ucuzlaşıb. Hökumət həmin məntiqlə benzinin qiymətini ən azı 1 il əvvəlki səviyyəyədək aşağı salmalıdır.
İqtisadiyyatı bazar mexanizmləri ilə tənzimlənən bir çox ölkədə benzinin qiymətində azalma müşahidə olunur. Odur ki, hökumət bu sahədəki vəziyyəti yenidən dəyərləndirməli və Tarif Şurasına benzinin qiymətinin endirilməsi ilə bağlı müraciət etməlidir”.
Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il qərarı ilə Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpikdir.


Şərhlər