Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib.
APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub.
Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bağlı təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Şərhlər
Əslində Regionlardas YAP sədr konfransda üzvülər tərəfində sədr seçilməlidir, ancaq Şəki də Daşqın Mikayılovu Partiya üzvüləri tanımırlar,.... buna baxmayaraq İHB tərəfindən, daha doğrusu onun təşəbbüsü ilə Mikayılov Daşqın YAP dər təyin olunub. Belə şəxslər Partiyanı hörmətdən salır.....
Aysberqlərin, (su buz dağları) ən yaxşı halda 20-30%-i suyun üzərində dağ kimi görünürlər, qalan70-80%-i suyun altındadır, yəni görünmürlər. Müdafiə Nazirliyi üsrə də, artıq 3-4 ildir gedən məhkəmələrdə mühakimə olunanlar, yəqin ki, aysberqin görünən tərəfləridir, yəni 20-30%. Görünməyənlərin demək olar ki, adları çəkilmir və onlar sanki, toxunulmazlıq statusundadırlar.
Bu da YAP-çıdır.Niyə YAP-çılar rüşvətxor,yığdıqlarını xaricə daşıyırlar.? Bunun sirrini kim açar?