Menu

Naxçıvan Dövlət Universiteti barədə yeni QƏRAR

03.05.2024, 18:15
Naxçıvan Dövlət Universiteti barədə yeni QƏRAR

Naxçıvan Dövlət Universitetinin yenidən təşkil olunacaq. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Şərhlər

Fakt 2024-05-03 22:40:06

Əslində Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinin diplomunu əldə edənlərin sənədləri ciddi araşdırılmALIDIR, çünki universitetə getməyərək vasif Talıbovun dioplomunu əldə ediblər. Onlardan biri Şəki də Mediasiya Şurasına rəhbərlik edən Dərya İbrahimxəlilovdur. O Univetrsitetə getməyərək Hüquq diplomu əldə etmiş, bu gündə hüquqdan anlayışı olmayan bir adam hüquq sahəsinə rəhbərlik edir..?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol