Menu

Tanınmış politoloq deputat olmaq istəyir – Namizədliyini hansı dairədən irəli sürəcəyini açıqladı

04.05.2024, 11:08
Tanınmış politoloq deputat olmaq istəyir – Namizədliyini hansı dairədən irəli sürəcəyini açıqladı

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu parlament seçkilərində iştirak etmək niyyətindədir.

“AzPolitika” xəbər verir ki, o, bu barədə “facebook” səhifəsində yazıb. Ekspert yaxın aylarda ölkədə seçkilərin keçiriləcəyini xatırladıb.

“Dostlar, eyni zamanda bu dəfə parlament seçkilərində gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər” – deyə, o, əlavə edib.

E.Şahinoğlu qeyd edib ki, namizədliyimi irəli sürməyə qərar versə, böyük ehtimalla 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyini irəli sürəcək: “Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib. Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir. Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq”.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2024-05-04 18:30:20

Yolun açıq osun. Təki seçil. Amma seçiləndən sonra xalqı unutma. Onun qəniminə və düşmıəninə çevrilmə. İşıq gələn yerə barmaq tıxama.Pulu görüb şirnikləşmə. Dindən-dondan çıxma. Kim unudur unutsun, amma sən qiyamət gününü unutma. Qoy valideynlərin və övladların da hər daim sənə dövlətin deyil, millətin_ALLAH qullarının vəkili olduğunu xatırlatsın.

X 2024-05-04 13:54:14

Xeyirli uğurlu olsun. Yolunuzu kəsmək istəyənlərə Allah lənət eləsin

dadaşyev 2024-05-04 12:25:58

A bala,indiyə qədərkilər neylədilər ki sən gedib neyləyəsən?Heç bir iş görməmək üçün Məclisə seçilməyə ehtiyac yoxdu ki.Yumyumşaq kresol al,qoy evinə,otur evində də beş il.Soruşan olsa niyə boşuna oturursan,de ki deputatam artıq,yeni-yeni ştraflar düşünməliyəm görüm kasıb-kusubun cibində olan-qalan beş-on manatı da necə qanuni yolla çıxarmaq mümkündü.Sonra çıx televiziyaya təklifini ver,nəzərə alarlar ağlabatandırsa.Vəssalam.Şair yaxşı deyib bu işlər üçün.Deyib ki,”Əzəlindən salan olsaydı əgər yada bizi, Deputatlar salmaz idi bunca dağa-daşa bizi, Azacıq deputatımız olsaydı əgər bizə yanan, Boyun əydirməz idi pensiya-maaşa bizi,Tüpürərdi şübhəsiz surəti-idbarimizə, Göstərən olsa bu maaş-pensiyayla ingilisə-yapona bizi, Üzü dönsün gprüm o ağuya dönmüşqoyun ətinin, Yaxşı möhtac elədi dolmaya-bozbaşa bizi”.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol