Müsavat Partiyasının yeni başqanı məlum olub.
APA-nın xəbərinə görə, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib. Səsvermədə qurultay nümayəndələrindən 275-i İsa Qəmbərin lehinə səs verib.
Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.
***
Müsavat Partiyasının XI qurultayı keçirilir.
APA-nın xəbərinə görə, Müsavat Partiyasının başqanlığına yeganə namizəd İsa Qəmbərdir.
Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavatın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığa namizədliklərini açıqlasalar da, İsa Qəmbər namizədliyini irəli sürdükdən sonra qurultaydan öncə onlar geri çəkiliblər.
Qurultayda partiyanın Məclis üzvləri də seçiləcək.


Şərhlər
aşqan olub nə etdin ki,yenə soxulursan?İnsanda siyasət bir yana,şəsiyyətinə hörnmət də vacib elementdir.Hələ bu yaşında İsa bunu anlamır?Yoxsa girdiyü oyundan kənar qala bilmir?Guya müsavat müxalifət partiyasıdır?
A balam,əl çək dəə.Qoy bir az da yeni nəsil bəxtini sınasın daa.Musavat yəni ancaq o deməkdirmi ki gənclər filan qədər pul qarşılığında İsveçə göndərilsin,orada da onlardan sehrli yolla varlılar "qayıralar",vətənə gəldiklərində də hər şeyləri olduğu halda öz kölgələrindən də şübhələnə-şübhələnə yaşasınlar ki,görəsən İsveçdə hansı idarədə Azərbaycan əleyhinə nələr yazdığımızı bilirlər?