Menu

Mark Libbi Şuşaya niyə getmədiyini açıqladı - “ABŞ səfirinin cəsarəti və vicdanı çatmır...”

04.05.2024, 14:09
Mark Libbi Şuşaya niyə getmədiyini açıqladı - “ABŞ səfirinin cəsarəti və vicdanı çatmır...”

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi indiyə qədər işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfər etməməsi barədə danışıb. O, bir qrup jurnalistə müsahibəsində deyib ki, səfir kimi onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır.

“İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir...Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm...Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”, - M.Libbi bildirib.

Politoloq Fərhad Məmmədov səfirin dediklərini şərh edərkən bildirib ki, onun məntiqi ilə Azərbaycanda akkreditə olunmuş və Şuşaya səfər etmiş bütün digər diplomatlar “kimlərinsə şousunda” iştirak ediblər: “ABŞ-nin Azərbaycandakı səfiri azad edilmiş əraziləri geri qaytarılmış hesab edir... Gülməlidir. O zaman brifinqdə iştirak edən jurnalistlərin cənab Libbiyə vermədiyi sual: əraziləri Azərbaycana kim qaytarıb?! Bəs beynəlxalq hüquqda başqa dövlətin ərazilərini nəzarətdə saxlamağın adı nədir?! Təsadüfən işğal deyilmi?! Bağışlasın, cənab Libbi Ermənistanı işğalçı ölkə adlandıracaq qədər cəsur deyil... Onun cəsarəti və vicdanı çatmır...”

F.Məmmədov qeyd edir ki, səfir yenə də Qarabağın ərazilərini fərqləndirir, “başqadır” deyir: “Bu yaxınlarda ABŞ səfiri Ağdamda idi... bəs Ağdamla Şuşanın “fərqi” nədir?! Amma Şuşa keçmiş DQMV-nin tərkibində idi, Ağdam isə yox! Deməli, ABŞ səfiri keçmiş DQMV-nin ərazisini hələ də mübahisəli hesab edir?! Yoxsa necə başa düşək?!”

Bəs bu məsələdə ABŞ və Rusiyanın mövqeləri arasında fərq nədən ibarətdir?

“Lavrov və Zaxarova deyir ki, yalnız Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Rusiya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb. Amma ABŞ hələ də bunu etmir... Onlar ermənipərəst lobbiçilərdən qorxurlar!” - deyə, politoloq bildirib.

F.Məmmədov vurğulayır ki, Azərbaycanın ABŞ-a və səfirə münasibəti adekvat olacaq: “ABŞ və Fransa səfirlərinin Qarabağa, yaxud işğaldan azad edilmiş ərazilərə harasa dəvət edilməsinə ehtiyac yoxdur. Hazır olanda özləri sorğu doldursunlar və bizim Xarici İşlər Nazirliyi də hamının görməsi üçün bu sorğuları dərc etsin”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-05-05 11:19:29

Səfir yalan deyir.Adlarının çəkilməyini istəməyən bəzi mənbələrdən sızan məlumatlara görə bundan soruşulanda ki,Şuşaya retro ATƏT üçlüyünün səfirləri niyə getmək istəmirlər,bu da türkcə deyib ki “Vallah hiç bilmiyorum nasıl diyeyim.Beyaz Saraydan da, Yelisey sarayından da,Kremlinden de biz sefirlere devamlı olarak diyorlar ki,Şuşa dağlarında bal arıları çok oluyor,gelene-gidene iynelerini sokuyorlar,Azerbaycan Ordusu oraları azad ettiyi günden rüyalarımızda da annemizi sokmaktalar,geceler uyuyamıyoruz annelerimizi o dağlarda sokmuşlar diye,o yüzden bir türlü gidemiyoruz o taraflara.Kusura bakmayın yani”.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol