Dekabrın 3-ü gecə saatlarında Moskvanın mərkəzində Azərbaycanın Rusiyadakı Səfirliyin attaşesi Nemət Nağdəliyevə məxsus olan “Rance Rover” maşını oğurlanıb.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, maşının oğurlanması ilə bağlı azərbaycanlı diplomat şəxsən polisə müraciət edib.
Onun maşınına dəyən zərəri 5 milyon rubl (təxminən 100 min dollar) miqdarında qiymətləndirdiyi bildirilir. Hazırda maşının axtarışı davam etdirilir.
Qeyd edək ki, Nemət Nağdəliyev əvvəllər Ümumrusiya Azərbaycanlıları Konqresi diaspor təşkilatının aparat rəhbəri olub.
Modern.az-a məlum olub ki, N.Nağdəliyev Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğludur.


Şərhlər