Menu

Moskva-Orenburq reysi ilə uçan təyyarə qəza enişi edib - YENİLƏNİB

06.05.2024, 15:58
Moskva-Orenburq reysi ilə uçan təyyarə qəza enişi edib - YENİLƏNİB

Moskva-Orenburq reysini həyata keçirən göyərtəsində texniki problem olan “Airbus A-321” təhlükəsiz şəkildə Şeremetyevoda eniş edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayı b.

***

Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus Aerobus A321 sərnişin təyyarəsi Flightradar uçuş izləmə xidmətinin xəritəsindən itib.

APA-nın Rusiya bürosu xəbər verir ki, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni-Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.

Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol