Məlum olduğu kimi, reqlament üzrə bu ilin noyabrında keçirilməli olan növbəti parlament seçkisinin vaxtının daha əvvələ çəkiləcəyi gözlənilir. Artıq Milli Məclisin yeni heyəti ətrafında müzakirələr başlayıb və parlamentin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağı proqnozlaşdırılır. Bir çox dairələrdə, xüsusilə də yaşlı deputatların mandatla vidalaşacağı gözlənilir.
“AzPolitika”-nın əldə etdiyi məlumata görə, deputatı yenilənəcək dairələr sırasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi də var.
Belə ki, bu dairəni Milli Məclisdə təmsil edən Aqiyə Naxçıvanlını Oğuz rayonunun hazırkı icra başçısı Eyvaz Qurbanovun əvəz edəcəyi gözlənilir.

Bu, Qurbanovun ilk deputatlığı olmayacaq. Belə ki, 2011-ci ildə Oğuzun icra başçısı təyin edilən E.Qurbanov 2005–2010-cu illərdə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli MəclisininIII çağırış deputatı olub.
Daha əvvəl - 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru olan Qurbanov 2000-ci ildən Bakı Olimpiya Kompleksinin direktoru vəzifəsində çalışıb.
13 ildir Oğuza başçılıq edən E.Qurbanovun yenidən parlament üzvlüyünə qayıtması daha çox ölkənin idarəetmə strukturunda gözlənilən dəyişikliklər və icra hakimiyyəti institutunun ləğvi perspektivi ilə əlaqələndirilir.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Eyvaz müəllim Oğuz rayonu Bucaq kəndində doğulub, yaşayıb, müəllim işləyib.
eyni sifətlərə baxmaqdan bezdik.
Alınan məlumatlara görə bu adam yerli və mərd adam olduğu üçün Oğuz camaatı bunun bir kəsə pislik etdiyini eşitməyib.Deyilənə görə qıraq yerdən o rayona gəlmiş bir rəis varmış,adət üzrə gəldiyi ilk vaxtlarda özünü göstərmək üçün at oynatmaq istəyib,camaatı sıxışdırıb ondan bundan haqq tələb edib,meşə idarəsində isə daş qayaya rast gəlib,rəis qəliz söyüş söyüncə idarədə birisi onun qulağının dibindən şax bir şillə ilişdirib,iş böyüyüncə başçı dərhal rəisi yanına çağırıb barmaq silkələyib ki, deyəsən bərk gedənlərdənsən,özünü adam kimi apar,bu sən bildiyin rayonlardan deyil,rayonun da böyüyü sən deyilsən,mənəm.O rəis ondan sonra çox qalammayıb o rayonda,keçiriblər başqa rayona.Amma o xanım deputatın ancaq ad-familiyasını eşidibmiş Oğuz camaatı.Deputat olub olmamağını bilən yoxdu yəni.Deyirlər ki deputat olub bizə nağayrıb ki bilək.
Oğuzlu Kişi sözü yazanda “K” herfinden utan.Leyaqetli şexs heç vaxt kimese nahaqqdan şer atmaz ,get Oğuzda sorğu keçirt kimin yaltaq kimşnse şerbaz olduğu meydana çıxar
Əhsən sizə. Hər bir deputat öz rayonundan seçilməlidir .
Yalraqlıq təlimini kim keçib? Yaxşı təlim verib.əla yaltaq olmusan.
Eyvaz müllum eslen Oğuzlydur ve xalq adamidir ,gördüyü her iş de xalqı üçündür.Kaş bütün icra başçıları onun kimi xalqinin yaninda olaydı.Adamin gerek haqsiz danişib şer atmasin
E.Qurbanov kimdır? O Oğuzda doğulub? Xeyir! ...Oğuzun evini yıxıb....Olan-qalanını talayıb....Bəs nə haqla Oğuzda doğulmayan.əhalisini öz doğması hesab etməyən adam o rayondan deputatlığa namizəd verilit? ....