Menu

Azərbaycanda prokuror faciəli şəkildə öldü - Təfərrüatı məlum oldu(Yenilənib)

08.05.2024, 14:13
Azərbaycanda prokuror faciəli şəkildə öldü - Təfərrüatı məlum oldu(Yenilənib)

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb.

Belə ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289.4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq “Lexus” markalı 10 MA 133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edirmiş. Saat 06:15 radələrində avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəza prokurorun yuxulu olması səbəbindən baş verib.

Hazırda istintaq tədbirləri davam etdirilir.(“Qafqazinfo”)

Qeyd edək ki, Müşfiq Abdullayev kənd təsərrüfatı nazirinin müavini və Şəmkirin icra başçısı içləmiş nərhum Aslan Aslanovun və Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun bacısı oğludur.

***

Yol qəzasında vəfat edən Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru, 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev  doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.

***

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın verdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib.

O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub.

Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun mərhum icra başçısı Aslan Aslanovun bacısı oğludur.

Şərhlər

ƏNHU 2024-05-08 16:34:43

Necə mühakimə edibsə, o cür də mühakimə olunsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol