Menu

Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub

07.05.2024, 21:59
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Yeraltı təkanlar mayın 7-də saat 20:40-da olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol