Menu

Porno aktrisa Trampla görüşündən danışdı – “O, məni nahara dəvət etdi...”

08.05.2024, 11:00
Porno aktrisa Trampla görüşündən danışdı – “O, məni nahara dəvət etdi...”

Çərşənbə axşamı Nyu-York məhkəməsində keçmiş porno aktrisa Stormi Daniels ittiham tərəfinin şahidi qismində ifadə verib və 2006-cı ildə Donald Trampla intim görüşü barədə ətraflı danışıb.

ABŞ-nin keçmiş Prezidenti 2016-cı ildə Danielsə on il əvvəl baş vermiş hadisə haqqında susduğuna görə qanunsuz olaraq 130 min dollar ödəməkdə ittiham olunur. Danielsin sözlərinə görə, o, Trampla Tahoe gölündəki kurortda keçirilən qolf turniri zamanı tanış olub. O, eks-prezidentin nahara dəvətini qəbul edib, lakin gəlməyib. Trampın otel otağında porno biznesi, porno sənayesindəki həmkarlar ittifaqları, ailəsi, qızı və arvadı ilə bağlı uzun söhbəti sekslə bitib. Daniels deyib ki, Tramp ondan özünün “The Apprentice” adlı televiziya şousunda iştirak etməsini istəyib.

Təhlilçilər deyirlər ki, prokurorların Danielsi şahid qismində çağırmaq qərarı, onun doğruluğuna dair şübhələrə görə ittiham tərəfinin əleyhinə işləyə bilər. Çünki o, 2018-ci ildə Trampla heç bir əlaqəsi olmadığını açıq şəkildə bəyan edib.

Trampın vəkilləri təkid edirlər ki, Danielsin müvəkkilləri ilə intim münasibəti ilə bağlı iddiaları onun pul qazanmağa çalışdığı yalanlardır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol