Menu

ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib

08.05.2024, 20:03
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn bu yaxınlarda İrəvan və Bakı arasında delimitasiya üçün əsas kimi Alma-Ata Bəyannaməsinin qəbul edilməsi ilə bağlı əldə edilmiş razılaşmanı alqışlayıb.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Səfir Kuinn geniş spektrli məsələləri, o cümlədən ABŞ-nin Ermənistanda demokratiyanın inkişafına, insan haqlarına və sülh prosesinə göstərdiyi yardımı müzakirə etmək üçün bu gün parlament müxalifətinin nümayəndələri ilə görüşüb”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol