Menu

Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib

10.05.2024, 10:46
Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib

Türkiyənin 11 vilayətində “Bozdağan-37” əməliyyatı keçirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 92 mağara və sığınacaq məhv edilib. Həmçinin, 495 kiloqram partlayıcı maddə, 100 əldəqayırma bomba, 1660 kapsula həssas partlayıcı, 9 əl qumbarası, 3 126 ədəd müxtəlif diametrli və ölçülü döyüş sursatı, 2 mina, 8 AK-47 avtomatı və digər silahlar ələ keçirilib.

“Terror təşkilatının logistik məqsədlər üçün istifadə etdiyi yerlər, gizli sığınacaqlar bir-bir aşkarlanaraq məhv edilib”, - nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol