Menu

Rusiya “Starlinq” terminallarından necə istifadə edir? – ABŞ və Ukrayna hərəkətə keçdi

10.05.2024, 12:40
Rusiya “Starlinq” terminallarından necə istifadə edir? – ABŞ və Ukrayna hərəkətə keçdi

ABŞ, Ukrayna və İlon Maskın “SpaceX” şirkəti Rusiyanın “Starlink” sistemindən internetdən istifadəsini dayandırmaq üçün əməkdaşlıq edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plumba bildirib.

Onun sözlərinə görə, ABŞ həm “Starlink” rəhbərliyi, həm də Ukrayna ilə birgə həll yollarını tapıb. Plumb konkret hansı qərarların müzakirə edildiyini açıqlamayıb.

İlk “Starlink” peyklərinin orbitə yerləşdirildiyi 2019-cu ildən bəri onun bir neçə min relay peykləri yaradılıb. “Starlink” terminalları ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya, Latın Amerikası və Afrikanın bəzi ölkələrində fəaliyyət göstərir.

Rusiyada “Starlink”dən lisenziyalı istifadə mümkün deyil, lakin terminalları almaq mümkündür, adətən bu, bazarlar vasitəsilə həyata keçirilir. Belə terminallar Avropa ölkələrinin rezidentlərinin adına verilən abunə vasitəsilə fəaliyyət göstərir.

2024-cü ilin əvvəlində bir neçə KİV Rusiya hərbçilərinin “Starlink” terminallarından istifadə etməsi barədə məlumat yayıb. 2023-cü ildə rus qoşunlarının ixtiyarında onlarla belə terminal var idi. Bu məlumatın ortaya çıxması Maskın Rusiyaya birbaşa və ya dolayısı ilə heç bir “Starlink” terminalının satılmadığını deməsinə səbəb oldu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol