Menu

Pənah Hüseyn yeni yaradılan dairədən namizəd olacaq – Özü açıqladı

10.05.2024, 20:09
Pənah Hüseyn yeni yaradılan dairədən namizəd olacaq – Özü açıqladı

“Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak etməyə hazırlaşır”.

Bunu “AzPolitika”ya açıqlamasında adıçəkilən partiyanın sədri Pənah Hüseyn bildirib. O, qeyd edib ki, hazırda partiyada namizədlərin dəqiqləşdirilməsi prosesi davam edir.

“Mən özüm 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm” – deyə, P. Hüseyn bildirib.

Qeyd edək ki, 2020-ci il 9 fevralda keçirilmiş növbədənkənar seçkilərdə Sabirabad-Şirvan seçki dairəsi mövcud olmayıb. Bu dairə Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin sentyabr ayında keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi nəticəsində yaranıb.

Həmin vaxta qədər 68 saylı dairə Cəlilabad kənd seçki dairəsi adlanırdı. Həmin dairədən YAP-ı təmsil edən poiltoloq Elman Nəsirov deputat seçilib.

Ötən ilin MSK-nın qərarına əsasən, Azərbaycan Respublikasının seçki dairələrinin siyahısı təsdiqlənərkən Cəlilabad kənd seçki dairəsinin də sıra sayı dəyişdirilib və 72 saylı dairə kimi qeyd olunub. Buna görə də, Elman Nəsirov Milli Məclisdə 72 saylı Cəlilabad kənd seçki dairəsini təmsil edir.

Növbəti parlament seçkilərində 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən ilk dəfə namizədlər irəli sürüləcək.

“AzPolitika.info”

Şərhlər

Moshu 2024-05-10 21:43:29

Pənah Hüseynovun heç vaxt pərəstişkarı olmamışam. Mənim üçün heç bir fərqi olmamışdır Pənah Hüseynov 68-ci və ya X dairəsindən keçəcək və ya keçməyəcək. Heç vaxt bəy tərifi etməmişəm. Pənah Hüseynov məni heç tanımır da. Amma şəxsi müşahidələrim onu deməyə əsas verir ki, hətta bu gün fəaliyyət göstərən deputat korpusunda bir neçə deputatı çıxmaq şərti ilə Pənah Hüseyn öz savadı, təcrübəsi ilə fərqlənirdi. Qanun yaradıcılığında onun qanun layihələrinin müzakirəsində son dərəcədə aktivlik göstərir, kifayət qədər müsbət fikirləri ilə qanun layihələrini daha da təkmilləşdirməyə çalışırdı. Qarşıda parlament seçkiləri nəzərdə tutulur. 1990-cı ildən üzü bəri əfsuslar olsun ki, ölkədə demokratik seçkilər keçirilməyib. Heç kim bunun əksini sübut etməyə arqumentləri yoxdur, olası da deyil. Aşıq gördüyünü çağırır. İndiyə qədər Ziya Məmmədov özünün, Kamaləddin Heydərov özünün, Rövnəq Abdullayev özünün, Ramiz Mehdiyev özünün, Eldar Mahmudov özünün kadrlarını Parlamentə soxuşdurub. Bunları ölkədə kökə deyəndən pəpə deyənə qədər hamı bilir. Yetər, ölkənin düz istiqamətdə getməsini istəyiriksə, bu iyrənc praktikadan əl çəkməliyik. Bir kiçik detal. Ötən seçkidə Milli Məclisə tanıdığım bir bitərəf namizədliyini vermişdi. Yeni Azərbaycan Partiyası həmin yoldaşı dəvət edib təklif etdi ki, o öz amizədliyindən filankəsin xeyrinə imtina etsin. Belə görünür ki, ölkədə xaos yaradan qurumlardan biri elə Yeni Azərbaycan Partiyasıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol