Hərbi hissəsinin giziri qazıntı işləri apararkən mina partlayıb
Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. Hadisə cəbhə bölgəsində qeydə alınıb.
Belə ki, Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsinin giziri Qamət Əliheydər oğlu Nəsirov qazıntı işləri apararkən mina partlayıb. Nəticədə ağır xəsarət alan hərbçi hospitala yerləşdirilib.
Bildirilib ki, minaya düşən gizir Biləsuvar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. (anspress.com)


Şərhlər