Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir.
“AzPolitika” xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərkən deyib.
“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik”,-deyə Prezident qeyd edib.
Xatırladaq ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi mayın 6-da Şuşaya səfər edib. Bundan az əvvəl o, Şuşaya səfər etməməsi haqda danışarkən "Mən harasa, kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm", deyə qəribə bir açıqlama vermişdi.
“AzPolitika.info”


Şərhlər