Menu

Paşinyanın əleyhdarları İrəvanın mərkəzində mitinq keçirir

10.05.2024, 20:06
Paşinyanın əleyhdarları İrəvanın mərkəzində mitinq keçirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları paytaxt İrəvanın mərkəzi respublika meydanında mitinq keçirir.

APA-nın “news.am”a istinadən xəbərinə görə, “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları qarşısında çıxış edir.

Xatırladaq ki, Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.

Şərhlər

dadaşyev 2024-05-10 23:18:35

A balam,respublikamızdakı qırx dənə enli adamın oturan yerlərinin diametrinin cəmi sizin məmləkətinizdən böyükdü,bu nə hay-küydü belə?Və niyə o xaç keşiş deyilən məxluqun qurşağından aşağıdadı?Doğrudanmı keşişdi o ki düşmüsünüz dalınca adə hurrey deyə-deyə?Kanadadakı Fransa kəşfiyyatının agentidi o,din pərdəsinə bürünüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol