Menu

“Xarkovun işğalı təhlükəsi yoxdur” - Butusov

11.05.2024, 15:09
“Xarkovun işğalı təhlükəsi yoxdur” - Butusov

Məlum olduğu kimi, dünən səhərdən başlayaraq, Rusiya ordusu Xarkov vilayəti ərazisindəki sərhəd zonasında iki istiqamətdə hücum xarakterli əməliyyatlar keçirməyə başlayıb. Lakin əksər ekspertlər bu hücumun ciddi nəticələr verəcəyinə şübhə ilə yanaşırlar.

“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı hərbi jurnalist Yuri Butusov bu hücumun əvvəlcədən gözlənilən olduğunu və Ukrayna tərəfinin buna hazırlaşdığını deyib.

Butusov qeyd edib ki, bu hücum Ukrayna komandanlığı üçün sürpriz olmayıb. Onun sözlərinə görə, hələlik hücumda cəmi 4-5 batalyon iştirak edir. 

Bunun əvəzində, Ukrayna qoşunlarının əhəmiyyətli qüvvələri Xarkov vilayətində cəmləşib ki, bu da düşməni dəf etmək və ona böyük itkilər vermək üçün kifayət qədərdir: “Hazırda Xarkovun ələ keçirilməsilə bağlı heç bir təhlükə yoxdur, çünki vurğulayıram ki, müdafiə üçün qüvvələr orada cəmlənib. Lakin bu platsdarm məhdudlaşdırılmasa, düşmənə ciddi itkilər verilməsə, düşmən onu tədricən genişləndirməyə çalışacaq. Əlbəttə ki, bu da bizim üçün qətiyyən qəbuledilən deyil”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol