Menu

BMT KÜRSÜSÜNDƏ GÖRÜNMƏMİŞ HADİSƏ – İsrailli diplomat BMT Nizamnaməsini doğradı... (VİDEO)

11.05.2024, 16:33
BMT KÜRSÜSÜNDƏ GÖRÜNMƏMİŞ HADİSƏ – İsrailli diplomat BMT Nizamnaməsini doğradı... (VİDEO)

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Gilad Erdan BMT-nin sessiyası zamanı qalmaqallı bir hərəkətlə yadda qalıb.

“AzPolitika” xəbər verir ki, BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarına etiraz edən diplomat təşkilatın Nizamnamə sənədini doğrayıb.

O, Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyən ölkələri dünya təşkilatının Nizamnaməsini pozmaqda itiham edib.

“Siz dağıdıcı səsinizlə BMT Nizamnaməsinə belə yanaşırsınız. Siz BMT Nizamnaməsini öz əllərinizlə parça-parça edirsiniz”,-deyə Gilad bildirib.

Qeyd edək ki, BMT-dən israilli diplomatın anormal hərəkətinə reaksiya gecikməyib.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq sözügedən hadisəni “teatr” adlandırıb və “biz bu səviyyəyə enməyəcəyik”,-deyə bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol