İqtisadçı deputat Vüqar Bayramov veteranların müavinətlərinin artırılması ilə bağlı parlamentə təklif təqdim edib.
“AzPolitika” xəbər verir ki, deputat müavinətin iki dəfə artırılaraq 160 manata çatdırılmasını təklif edib: "Veteran pulunun artırılması ilə bağlı büdcə müzakirələri zamanı təklifimizi etmişik. Biz veteran pulunun iki dəfə artırılmasını təklif edirik. Çünki veteran pulu müəyyənləşəndən sonra iki dəfəyə yaxın artımlar olub. Veteran pulu əlilliyi olmayan və müharibədə iştirak edənlərə ödənilən müavinətdir. Bu vəsaitin ödənilməsində məqsəd kommunal və digər xərclərin qarşılanmasıdır. Dövlət bir növ bu yolla kompensasiya edir. Veteran pulu ödənilməyə başlayandan sonra pul xərclərinin strukturunda iki dəfə yaxın artım var. Bu səbəbdən veteran pulunun iki dəfə artırılmasını təklif edirik”.

Millət vəkili xatırladıb ki, Ombudsman institutunun illik hesabatındakı təkliflərdən biri də müharibə iştirakçılarına verilən müavinətin artırılması olub. “Hesab edirəm ki, qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə addımların atılması mümükün olacaq”, - V.Bayramov bildirib.
“AzPolitika.info”


Şərhlər
Onu necə xərcləyib qurtaracaqlar?