Rusiya Prezidenti Vladimir Putin Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib.

Bu barədə Putin əmr imzalayıb.

Qeyd edək ki, Belousov bundan qabaq ki hökumətdə baş nazirin birinci müavini vəzifəsini tutub.

65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib.


2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.

Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib.

Bu barədə də Kremldən bildiribilib.

Eyni zamanda Putin Nikolay Patruşevi başqa işə keçməsi ilə Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir sıra vacib nazir postlarına namizədlərini irəli sürüb.