Menu

Aziz Yıldırım "Fənərbağça"nın prezidenti postuna namizədliyini irəli sürüb

13.05.2024, 21:50
Aziz Yıldırım "Fənərbağça"nın prezidenti postuna namizədliyini irəli sürüb

Aziz Yıldırım "Fənərbağça"nın prezidenti postuna namizədliyini irəli sürüb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

"Sarı-lacıvərdlilər"in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-i baş tutacaq mətbuat konfransında cavablandırılacaq. Onun seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Ali Koçdur.

Qeyd edək ki, "Fənərbağça"da prezident seçkilərinin vaxtı dəqiq bilinmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol