Menu

“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Elmar Məmmədyarov + VİDEO

14.05.2024, 00:20
“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Elmar Məmmədyarov + VİDEO

“Aldığım maaşa əlavələr də olunurdu”.

Bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan verilişlərin birində deyib.

O bildirib ki, aldığı pul onu qane edirdi: “Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım”.

Sabiq nazir onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.

Ətraflı videoda:

Şərhlər

ƏNHU 2024-05-14 18:48:33

Bu mənasız jurnalist bu müsahibəni rus xalqı, Rusiya Federasiyası üçün hazırlayıb? Görünür Putini çox sevir.Ona olan heyranləğını Azərbaycanda oturub rus-dilində danışmaqla mesajlayır.Mən sənin yavərinəm, 5-cilərdənəm, mənə ürək qızdır deyir. Belə olmasaydı müsahibəni Azərbaycan tamaşaçısı üçün hazırlayardı. Müsahibini də məxsusi olaraq seçib..Məmmədyarov rusdur. Sadəcə azərbaycanlıya oxşayır.Onun davranış və manerasında türklüyü əks etdirən bir ştrix belə mövcud deyil. Rusiya onun dini, imanı,döyünən qəlbidir. Ona bu lyuks həyatı Rusiya bəxş etdi.

Senan 2024-05-14 11:07:38

Bu cəmiyyət bədbəxt cəmiyyətdir sənin kimilərini yağlı pişik kimi bordayıb başına bəla eləyib

Sabir 2024-05-14 09:18:27

Xeyir. Biz dəqiq bilirik ki, sən və nazirlərimiz qətiyyən maaşa dolanmırsınız. Çörəyi qulağımıza yenilik və qoyun deyilik. Siz elə bilirsiniz. Sadəcə bizi çaşdıran odur ki, əcəba bunu hamı bildiyi halda niyə bu barədə tədbir görməli olanlar bunu bilə bilmir???? Sən də beləcə şeşələnib keyf edirsən!? Çətin sualdır.

rR 2024-05-14 08:39:34

He de 40 mln eve verende )

dadaşyev 2024-05-14 00:44:34

---Elə bilirsiniz nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?Əgər bu cəmiyyətdə hətta hərhansı JEK müdirini müdir olduğu dövrdə yalnız maaşla dolanan hesab edən varsa o,eşşək oğlu eşşəkdi.Adə,Murad,bilirsən mən nazir olanda nələr eləmişəm?---Elmar,onsuz da hamı bilir ki sən nazir olanda nələr eləmisən dəə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol