Menu

Cavid Qurbanovun oğlu vəzifədən getdi - Yeni TƏYİNAT

14.05.2024, 13:51
Cavid Qurbanovun oğlu vəzifədən getdi - Yeni TƏYİNAT

Baş Prokurorluqda yeni kadr dəyişikliyi olub.

"Manşet.az"-ın verdiyi məlumata görə, müvafiq əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə həmin vəzifəyə baş ədliyyə müşaviri Əsəd Əliyev təyin edilib. Əsəd Əliyev bundan əvvəl adıçəkilən idarədə böyük prokuror vəzifəsində çalışıb.

Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol