Ermənistanın Müdafiə Nazirliyi Baş Qərargah rəisi Edvard Asryanın Rusiya vətəndaşı olmasına dair yayılan xəbərlərə münasibət bildirib.
APA-nın xəbərinə görə, Ermənistan MN Edvard Asryanın Rusiya vətəndaşı olmasına dair yayılan xəbərləri təkzib edib.
Qurumun yaydığı məlumatda qeyd edilib ki, Edvard Asryanın həyat yoldaşı milliyyətcə rus olduğundan ikili vətəndaşlığa malikdir.
Nazirlikdən o da bildirilib ki, Edvard Asryanın övladları da həm Rusiya, həm də Ermənistan vətəndaşlığı daşıyır.


Şərhlər
Ay erməni rəhbərliyə gətirdiyin adamların bir tərəfi urusa bağlıdırsa,heç burcutmağa dəyməz onsuz da urus səni zad eliyəcək.