Genişmiqyaslı hərbi münaqişə mümkündür.
APA-nın Moskva müxbiri xəbər ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Federasiya Şurasında çıxışında deyib.
Onun sözlərinə görə, əgər Qərb bloku bunu faydalı və təhlükəsiz hesab etsə, genişmiqyaslı hərbi münaqişə mümkündür.
O bildirib ki, Avroatlantika tərəfdarı olan bir sıra siyasətçilər silahlı toqquşmanı Qərbin öz hegemonluğunu saxlamaq imkanı kimi anlayır. Narışkinin sözlərinə görə, Qərbdə hələ də irihəcmli müharibənin yaradacağı təhlükəni yetərincə qavrayan siyasətçilər var.
Xidmətin rəhbəri onu da əlavə edib ki, Xarici Kəşfiyyat Xidməti tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə birgə hadisələrin gedişatını və irihəcmli hərbi münaqişənin yaranma risklərini diqqətlə izləyir və hətta qeyri-dost ölkələrin analoji xidmətləri ilə də mütəmadi əlaqə saxlayır.


Şərhlər
Genişmiqyaslı hərbi münaqişəyə doğru gedir hər şey.Bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi yalnız bu zaman qəti olaraq həllini tapır və sonra bəşəriyyət 40-50 il nisbətən rahat yaşayır.Sonra yenə dünya çalxalandırılaraq yenidən bölüşdürülmək istənilir və yenə genişmiqyaslı hərbi çaxnaşma düşür və bəşəriyyət yenə 40-50 il rahat yaşayır.Bu, periodikdir.Təkrarlanır yəni.İndi də həmin o çalxalandırılmaq dövründəyik.