Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiya tətbiq edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat dərc edilib.
Qeyd olunub ki, İrana Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstəyini davam etdirməsi, Yaxın Şərqdəki proksi qüvvələri silahlandırması, eləcə də İsrailə qarşı PUA və raket hücumları səbəbilə sanksiya tətbiq edilib.
Yeni sanksiya İranın raketlərini və PUA-larını tədarük edən, satan və ya başqa yolla ötürən şəxsləri və təşkilatları hədəfə alacaq. Həmin şəxslərin Aİ ölkələrindəki aktivlərinin dondurulacağı bildirilib.
Siyahıda adıkeçən fiziki və hüquqi şəxslərə vəsaitlərin birbaşa və ya dolayı yolla köçürülməsinin də qadağan ediləcəyi bildirilib.
“AzPolitika.info”


Şərhlər