Menu

Rusiya qoşunları Xarkov istiqamətində ağır itkilər verir – “Düşmənin 18 hücumunu dəf etmişik”

15.05.2024, 11:48
Rusiya qoşunları Xarkov istiqamətində ağır itkilər verir – “Düşmənin 18 hücumunu dəf etmişik”

Ukrayna hərbçiləri Xarkov istiqamətində Lukyantsev və Volçansk bölgələrində itkilərin qarşısını almaq üçün geri çəkiliblər.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dmitri Lixovı bəyan edib.

Bəyanatda deyilir: “Düşmən öz səylərini Xarkov vilayətində, eləcə də Donetsk vilayətinin Kramatorsk və Pokrovsk istiqamətlərində cəmləşdirir. Xarkov istiqamətində qoşunlarımızın bölmələri düşmənin 18 hücumunu dəf edib. Lukyantsev və Volçansk ərazilərindəki müəyyən ərazilərdə düşmənin atəş-hücum əməliyyatları nəticəsində hərbçilərimizin həyatını xilas etmək və itki verməmək üçün bölmələrimiz manevr edərək daha əlverişli mövqelərə keçib. Döyüşlər davam edir.

Ukraynalı döyüşçülər rus işğalçılarının möhkəmlənməsinə imkan vermir. Əks-hücum tədbirləri həyata keçirilir. Düşmən müdafiə qüvvələrimizin artilleriya və PUA bölmələrinin daimi atəşi altındadır”.

Bu arada “ATEŞ” partizan hərəkatının məlumatına görə, hücuma keçən rus qoşunları böyük itkilər verirlər. Ən çox itki Xarkov vilayətinin şimalındakı hücumda iştirak edən bölmələrdədir: “Ağır döyüşlər nəticəsində 138-ci motoatıcı briqadanın, 18-ci motoatıcı diviziyanın və 7-ci motoatıcı alayının ayrı-ayrı bölmələri şəxsi heyətin 70%-i qədər itki verib”. 

Ukrayna hərbi kəşfiyyatının başçısı Kirill Budanov isə Rusiyanın Xarkovdakı hücum sürətinin səngidiyini bildirib və qeyd edib ki, yaxın bir neçə gündə bölgədə vəziyyət stabilləşəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol