Çexiya prezidenti Petr Pavel Ukraynanı Rusiya ilə danışıqlara çağırıb.
“Müharibəni dayandırmaq və gələcək (müharibədən sonrakı) sistemin müzakirəsinə başlamaq lazımdır”, - deyə prezident “Sky News”un sualını cavablandırarkən bildirib.
Televiziya ondan soruşub ki, Ukrayna indilərdə Rusiya Federasiyası ilə danışıqlara başlamalıdırmı və hərbi əməliyyatları dayandırmalıdırmı?
Petr Pavel Kiyevin yaxın gələcəkdə Rusiya Federasiyasının işğal etdiyi əraziləri geri qaytara biləcəyi fikrini “sadəlövh” hesab etdiyini söyləyib.
“Biz realist olmalıyıq”, o deyib.
Bu açıqlama Kollektiv Qərb düşərgəsində şok effekti yaradıb. Çünki Çexiya prezidenti faktiki olaraq Ukraynanı təslimiyyətə çağırıb. (musavat.com)


Şərhlər
Adam tamamilə haqlıdır,onun haqlı olduğunu ABŞ da,Avropa da çooox gözəl bilir.Amma özlərrini Ukraynalılara elə göstərirlər ki,guya Ukraynalılar vuruşmaqda davam etsələr torpaqlarını azad edə biləcəklər.Rusiya hələ o qədər də zəif deyil ki,Ukrayna onun qamarladığı torpağı ala bilsin.Mövcud vəziyyətdə Ukrayna müvəqqəti də olsa atəşkəsə getməlidir,danışıqlar qoy uzansın,hər halda uzun danışıqlar iki millətin bir-birini dayanmadan qırmağından yaxşıdır.Ukrayna atəşkəs dövründə iqtisadiyyatını və hərbi sənayesini qüvvətləndirməli,sonra məqamı düşən kimi almalıdır torpağını.