Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb. Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür.
Belə ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb. Görüntüdən aydın olur ki, insanların arasından ona atəş açılır.
Atəş açan şəxs polis tərəfindən tutulub. Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.
Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.
Vəziyyətinin ağır olduğu bildirilir.
Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.
***
Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.
APA xəbər verir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.
Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.
Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.
***
Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.
***
Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.
APA xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.
Hadisə Handlovej şəhərində baş verib.
İlkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.
Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Onu xəstəxanaya aparıblar.
Bildirilir ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.
Hadisəni törədən şəxs saxlanılıb.

Şərhlər
Bu "lənətlənmiş ərazi" bir çox kütləvi və dünya əhəmiyyətli faciələrin başlanma mənbəyi olub. Allah dünyamızı qorusun.