Menu

Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib

15.05.2024, 18:46
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib

Şəkərli diabet xəstələrinin insulin və dərman preparatları ilə təminatında problem yaranıb.

Bununla bağlı APA-ya müraciətlər olub. Belə ki, apteklərdə şəkərli diabet xəstələrinə lazım olan insulin və dərman preparatlarının tükəndiyi bildirilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib ki, yaxın günlərdə şəkərli diabet xəstələrinə insulin və dərman preparatlarının paylanılması təmin ediləcək.

TƏBİB rəsmisi Azərbaycanda şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatının “Şəkərli diabet xəstəliyi üzrə” Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini xatırladıb.

O qeyd edib ki, diabet xəstələrinə verilməli olan insulinin, həblərin və özünənəzarət vasitələrinin miqdarı Nazirlər Kabinetinin müvafiq qərarında əks olunan normativlər əsasında hesablanır, eyni zamanda, tibb müəssisəsinin təqdim etdiyi tələbnamə əsasında vətəndaşlara təqdim olunur.

“Cari ay üzrə müəssisələrdən təqdim olunan tələbnamə əsasında dərman vasitələrinin və preparatlarının satınalması həyata keçirilib. İstehlakçı şirkət tərəfindən artıq həmin dərman vasitələri idxal olunub. Sənədləşmə prosesləri qısa müddət ərzində başa çatdıqdan sonra dərman vasitələrinin əhaliyə paylanmasına başlanılacaq”, - Zamirə Ədilova əlavə edib.

Şərhlər

Moshu 2024-05-16 15:55:01

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2016-cı il 28 yanvar tarixində “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.Həmin Proqrama əsasən onun məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarına əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müəyyən edilmişdir.
Həmin siyahıya görə şəkərli diabet 2-ci tip insulinə ehtiyacı olan xəstələr ayda 1 dəfə endokrinoloqun, ildə 2 dəfə okulist və nevropatoloqun, ildə 1 dəfə isə kardioloqun konsultasiyasından keçməlidirlər. Həmin qərara əsasən bu xəstələr üçün ayda 1 dəfə qanda şəkəri təyin etməyə görə laborator və instrumental müayinələr nəzərdə tutulmuşdur. Bundan əlavə, qanda şəkəri təyin etmək üçün 1 qutuda 50 ədəd olmaqla ayda 1 qutu vizual test-çubuqlar nəzərdə tutulmuşdur. Bu qeyd edilənlər qərarda nəzərdə tutulmuş tədbirlərin bir qismidir.
Əfsuslar olsun ki, bu geniş məzmunlu tədbirə demək olar ki, TƏBİB-in yerlərdəki tibb müəssisələrində əməl olunmur və bu çatışmazlıqlar müvafiq qurumların məlumatsızlığı ilə izah etmək düzgün olmazdı.
Şəkərli diabetin vaxtında və keyfiyyətli müalicəsi olmadan müsbət nəticə əldə etmək mümkün deyil və nəticədə bu xəstəliyin aqressivləşməsi və xəstənin ölümü ilə nəticələnir.
Yerlərdəki səhiyyə müəssisələrində pasiyentlər hələ də əllərində sovet dönəmində olduğu kimi kitabçalarla endokrinoloq həkimin qapısında növbə gözləyirlər. Bu növbə gözləmə bəzi hallarda az qala əlbəyaxa döyüşlərinə qədər gedib çıxır. Belə təsəvvür yaranır ki, dövlətin bu qədər qəbul etdiyi müasir tələblərə cavab verən qanunlar ona əməl olunmasına deyil, dekorasiya xatirinə qəbul edilib, ötən əsrin əvvəllərində yaşayırsan.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarına əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə 21 adda dərman vasitələri müəyyən edilmişdir. Bu dərman vasitələrinin çoxu şəkərin aşağı salınmasında o qədər də effektli görünmür. Həmin qərarda qanda elementar olaraq şəkəri təyin etmək üçün 1 qutuda 50 ədəd olmaqla ayda 1 qutu vizual nəzərdə tutulmasına baxmayaraq bu test-çubuqları da əldə etmək hər şəkər xəstəsinə qismət olmur. Müraciət edəndə də bu testlərin 6 ayda bir dəfə verilməsini iddia edirlər. Əgər həqiqətən belədirsə, bu testlər apteklərdə haradan peyda olur? Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün nəzərdə tutulmuş dərmanların xəstənin səhhətinə müsbət təsir etməyəcəkdirsə, bu dərmanların dövlət tərəfindən alınmasına, külli miqdarda vəsait xərcləməsinə nə ehtiyac var?
Hər il dövlət tərəfindən bu bəla ilə mübarizəyə kifayət qədər böyük məbləğ xərclənir. Təkcə 2023-cü ildə isə bu sahəyə 52,8 milyon manat ayrılmışdır.
Zəlzələdən və ya vəlvələdən. Xəstəyə nə aidiyyəti var dərman ölkəyə daxil olub və ya olmayıb, ona nəticə lazımdır. TƏBİB əlil doğulmuş körpəyə bənzəyir. Bu xidmət Səhiyyə Nazirliyində olanda heç olmasa şikayətə müsbət və ya mənfi cavab verilirdi, TƏBİB isə xəstəni qapıdakı küçüyə də saymır.
Bilmirəm, Azpolitika bu yazını çap edəcəkmi? Hər halda dərman əldə edə bilməsələr də bunun şəkər xəstələrinə müəyyən qədər xeyri olar. Bəlkə onlar bu yazını oxusalar onların şəkəri aşağı düşər, təki TƏBİB-im şəkəri oynamasın.

Moshu 2024-05-16 11:48:30

Bilmirəm, Azpolitika bu yazını çap edəcəkmi? Hər halda dərman əldə edə bilməsələr də bunun şəkər xəstələrinə müəyyən qədər xeyri olar. Bəlkə onlar bu yazını oxusalar onların şəkəri aşağı düşər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol