Menu

FIFA-ya yeni baş katib təyin edildi

16.05.2024, 10:13
FIFA-ya yeni baş katib təyin edildi

FIFA Şurası Mattias Qrafströmanı (İsveç/Niderland) təşkilatın baş katibi kimi təsdiqləyib.

Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Mattias Qrafström bundan əvvəl 2023-cü ilin oktyabr ayından FIFA-nın müvəqqəti baş katibi vəzifəsində çalışıb.

“FIFA-nın baş katibi vəzifəsinə təyin olunmaqdan qürur duyuram və FIFA prezidenti Canni İnfantinoya, konfederasiya prezidentlərinə, vitse-prezidentlərə və FIFA Şurasının üzvlərinə belə mühüm vəzifədə futbola xidmət etməyi mənə həvalə etdikləri üçün təşəkkür etmək istəyirəm”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol