Menu

AZƏRBAYCANDA İKİ İNSTİTUT LƏĞV EDİLDİ - Əvəzində yeni qurum yaradıldı

16.05.2024, 20:05
AZƏRBAYCANDA İKİ İNSTİTUT LƏĞV EDİLDİ - Əvəzində yeni qurum yaradıldı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, ləğv edilən institutlar birləşdirilərək “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs yaradılıb.

“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.

Şərhlər

Mühəndis 2024-05-17 08:53:44

BUNLARIN HƏR İKİSİ LƏĞV EDİLMƏLİDİR.öLKƏDƏ BİR LAYİHƏ İNSTİTUTU YARADILMALI VƏ NAZİRLİKLƏRDƏ BELƏ QURUMIAT EFFEKTİVLİK NÖQTEYİ NƏZƏRİNDƏN LƏĞV
EDİLMƏLİDİR.NAZİRLİKLƏRDƏ MÖVCUD OLAN QURUMLARIN 5-6 İLFD BİR YARIMÇIQ LAYİHƏ ÜÇÜN 50-100 ADAMA 12 AY MAAŞ VERMƏK DOĞRU DEYİL.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol