Menu

ABŞ Qəzzada süni liman qurdu - Humanitar yüklər bu formada daşınacaq

16.05.2024, 14:52
ABŞ Qəzzada süni liman qurdu - Humanitar yüklər bu formada daşınacaq

ABŞ ordusu Qəzza zolağına yaxın ərazidə bölgəyə humanitar yardımların çatdırılması üçün süni liman inşa edib.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Qəzzaya yardım çatdırmaq üçün iki ay əvvəl inşası başlayan və bu günlərdə hazır olan süni liman logistik baxımdan o qədər də əlverişli hesab olunmur. Çünki humanitar yardımların çatdırılması uzun və vaxt aparan bir neçə mərhələdən sonra Qəzza sakinlərinə çatacaq. Belə ki, dəniz yolu ilə çatdırılma prosesinə görə, yüklər ilk olaraq Cənubi Kiprin Larnaka limanında nəzarətdən keçib gəmilərə yüklənəcək sonra yük gəmiləri ilə Qəzza sahilindəki süni limana aparılacaq, yüklər burada kiçik hərbi qayıqlara yüklənəcək və yalnız bundan sonra beynəlxalq yardım qrupları tərəfindən yük maşınları ilə fələstinlilərə  paylanacaq.

Qeyd edək ki, regiondakı humanitar dəhliz ötən il oktyabrın 7-dən bağlanıb.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2024-05-17 10:16:19

Hunabitar yardımların çatdırılması adı altında yaradılıb,əslində isə yaxın aylarda Refaha sığınmış Qəzzalıların o limandan ABŞ hərbi gəmilərilə Avropaya daşınması üçün nəzərdə tutulub.Refah boşaldılınca o süni liman da götürüləcək.O kadar net yani.Bu da o deməkdir ki,madam ki limanın qurulması başa çatdı,demək İsrailin Refahı əsaslı şəkildə dağıtmağa başlaması an məsələsidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol