“İranın ali dini lideri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzetinin Azərbaycanı hədələyən məqalə yayınlaması qonşu ölkənin anti-Azərbaycan siyasətindən imtina etməyəcəyinin növbəti sübutudur”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qəzza ilə bağlı yayımlanan məqalədə Azərbaycan İsrailə neft satmaqda ittiham olunur: “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlıqlı və şantaj xarakterli məqalədə Azərbaycandan İsrailə neft nəqlini dayandırması tələb olunub. Məqalə müəllifi iddia edib ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru xəttiylə İsrailə neft satışını dayandırsa, guya İsrail iqtisadiyyatı çökəcək. Ancaq məqalə müəllifinin “Bakı-Tbilisi-Ceyhan dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər” cümləsindəki “dəhlizin pozulması” ifadəsi Bakıya çağırışdan çox İrana bağlı terrorçu və silahlı qruplara çağırışdır ki, kənar qüvvələr nəqlə mane olsunlar. İran husilər vasitəsilə Qırmızı dənizdəki dağıdıcı fəaliyyətini indi də Azərbaycan və Türkiyə üzərindən reallaşdırmaq istəyir. Alınmayacaq”.
Ekspert xatırladır ki, Bakı-Tbilisi-Ceyhan boru xəttindən neft alan yalnız İsrail deyil. “İsrailə nefti biz satmasaq, başqaları satacaq. Azərbaycan BMT-dəki səsvermədə Fələstinin müstəqilliyinə səs verib, Qəzzadakı müharibənin dayandırlmasına tərəfdardır, gələcəkdə bölgənin yenidən qurulmasında maliyyə dəstəyi də verməyə hazırdır. Tehran bunları kənara qoyaraq “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”, - E.Şahinoğlu vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
Seyidəli Həsən əs-Sabbah oğlu Hameneyi.
Görəsən Məscidlərə ,Kilsələrə nə üçün dünyanın zibil insanları yığışır ? Deməli bu insanlar başqalarına sırıdıxları dinlərə heç özləri inanmır ,Allah adından istifadə edib varlanmağı üstün tutublar .Dünyadakı gerizəkalılar da bunları arxasınca gedirlər , qoşulun Baqrata ,Paşiki devirin ,yapışın Xoymeynidən Türkə qənim kəsilin
davamı; O ki qaldı "İsraildən sonra növbə sizindir" cümləsinə buna cavab olaraq deməliyik ki,"Ermənistandan sonra növbə sizindir".Eynisini biz də yazmalıyıq və deməliyik.Fransa DİN-i bizə qarşı söz dedimi,biz də DİN-imiz səviyyəsində ona eynisini deməliyik.Kim bizə necə,biz də eləcə.Yoxsa öskürənin qabağında su içməsən deyər İohann Götesi yoxdu.Bu günümüzün dünyası qabağından yeməyənlərin dünyasıdı.Heç bir bəşəri hüquq-filan qalmayıb.Dünya necə,biz də eləcə.Yoxsa ayaqlar altında qalarıq.
İran əmmaməliləri nə deyirsə Fransanın diktəsiylə deyir,deyib və deyəcək.Fransa DİN-nin bizi Yeni Kaledoniyadakı məsələlərdə ittiham etməsiylə əmmamələrdən gələn mənasız uğultunun eyni vaxta düşməsi o üzdən təsadüfi deyil.Bu,gözlənilən idi.Ağlı başında olan adamlara gün kimi aydındır ki,İran 79-cu ildən Fransanın əlaltısıdır.Bunun sübuta ehtiyacı yoxdur.