Menu

İsrail Qəzzaya zərbələr endirib

17.05.2024, 11:04
İsrail Qəzzaya zərbələr endirib

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 5 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsindəki məktəbə hücum nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qəzzanın cənubundakı Rəfah şəhərinin atəşə tutulması nəticəsində isə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Anklavın şimalındakı Cabaliya qaçqın düşərgəsinə hücum zamanı da itkilərin olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol