Kiyev Vaşinqtondan rus qoşunlarının yerləşdirilməsi və Rusiya ərazisində mövcud olan hərbi obyektlərin yerləri ilə bağlı daha çox kəşfiyyat məlumatı verməsini istəyib. Bu barədə ABŞ mediası Amerika və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Ukrayna bu barədə Vaşinqtonda müviq qurumlara sorğular göndərilib. Əvvəlki analoji tələblər, eləcə də Rusiyadakı hədəflərə zərbələr endirmək üçün ABŞ tərəfindən verilən silahların istifadəsinə icazə verilməsi ilə bağlı müraciətlər Vaşinqton tərəfindən ardıcıl olaraq rədd edilib.
Hazırkı cəhd Kiyev tərəfindən Rusiya ordusunun Xarkov vilayətində hərəkətlərinin kəskin artması fonunda edilib.
Formal olaraq ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: Vaşinqton müharibənin genişlənməsinin qarşısını almaq üçün Rusiya ərazisinə zərbələr endirməyi təşviq etmir və ya asanlaşdırmır. Amerika mediasının istinad etdiyi mənbələrə görə, Ağ Ev Kiyevin hazırkı müraciətinə baxacaq.
“New York Times” qəzetinin yazdığına görə, Kiyevə Rusiya ərazisindəki hədəfləri vurmaq üçün dron və raketlərdən daha səmərəli istifadə etməyə imkan verəcək məlumat lazımdır. Məsələn, onların kursunu Rusiya radarlarının görmə qabiliyyətindən kənarda planlaşdırmaq vacibdir. Ukrayna indi kommersiya peyklərindən alınan məlumatlara çıxış əldə edir ki bu, ona Rusiyanın əsas hərbi bazalarında fəaliyyətə nəzarət etməyə imkan verir.
İki həftə əvvəl Britaniya Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün özünün verdiyi silahlardan istifadə edə biləcəyini açıq şəkildə bəyan edən ilk NATO üzvü oldu. Bu həftənin əvvəlində Kiyevə səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinken deyib ki, ABŞ Ukraynadan kənarda zərbələri təşviq etməsə də, Kiyev son nəticədə bu müharibə ilə necə mübarizə aparacağına dair öz qərarını verməlidir.
Rasim Əliyev
“Azpolitika.info”


Şərhlər