Menu

Rusiya bu kəndi yenidən işğal etdi – “Bild” analitiki açıqladı

18.05.2024, 13:13
Rusiya bu kəndi yenidən işğal etdi – “Bild” analitiki açıqladı

Rusiya Silahlı Qüvvələri Zaporojye rayonunun Rabotino kəndini ələ keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bild” nərinin tanınmış analitiki Yulian Repke “X” hesabından etdiyi paylaşımda bildirib.

“Rus ordusu keçən ilki əks-hücum zamanı Ukraynanın Tokmak istiqamətində azad edə bildiyi yeganə kənd olan Rabotino kəndini yenidən ələ keçirdi”,- deyə o qeyd edib.

Qeyd edək ki, Ukrayna tərəfi Rabotinonun ruslar tərəfindən tutulması ilə bağlı məlumatı təsdiqləməyib. Xatırladaq ki, Ukrayna 2023-cü il avqustun 28-də əks-hücum zamanı bu kəndi ruslardan azad etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol