Menu

ZAMAN BİZİ SEÇİB...

19.05.2024, 14:07
ZAMAN BİZİ SEÇİB...

Azərbaycan-Belarus münasibətlərində yeni səhifə açıldı

Polad Mehdiyev 

(Hüquqşünas)

Azərbaycan və Belarus respublikaları arasında ali səviyyədə qarşılıqlı səfərlər, imzalanan sənədlər, ən əsası, etibar və inam iki ölkənin strateji yol xəritəsinin başlıca amili hesab edilir. Siyasi sferada, xüsusilə də beynəlxalq platformalarda hər iki ölkə bir - birinə mühüm dəstək nümayiş etdirib və bu gün də davam edir. İki ölkənin həyata keçirəcəyi layihələrin miqyası kifayət qədər genişdir.

Bakıda Balruslu həmkarı Aleksandr Lukaşenkonu qəbul edən Prezident İlham Əliyev çıxışında çox uzaq olmayan gələcəkdə ikitərəfli münasibətlərin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyinə əminliyini ifadə edib. “Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan regionun lider dövləti kimi mövqelərini möhkəmləndirməkdə davam edir, transmilli layihələrin ideya müəlifi və icraçısı kimi dost və tərəfdaş ölkələrin sıralarını genişləndirir. Bu səbəbdən ölkəmizlə dərin əlaqələr qurmaq istəyən ölkələrin sayı artır. Bu konteksdə Azərbaycan - Belarus münasibətlərinin əvvəlində dövlətəlr və xalqlar arasında dərin hörmət və qarşılıqlı etimad dayanır ki, bu da əlaqələrin inkişafına xüsusi impuls verir. Belarus Prezidenti Aleksandır Lukaşenkonun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirməsi qarşılıqlı münasibətlərin daha da inkişaf etməsinə öz tövhəsini verəcək. Bakıda Prezidenti Aleksandr Lukaşenkonun çıxışında bu cümlələr xüsusi diqqət çəkir: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.

Bu gün Azərbaycan və Belarusiya arasında ticarət dövriyyəsi də kifayət qədər yüksəkdir. 270 dən çox müəssisənin iştirakı ilə 300-dən çox malın qarşılıqlı təchizatı həyata keçirilir. 50-dən çox Azərbaycan şirkəti Belarus müəssələrində qanuni nümayəndə kimi təmsil olunur. Eyni zamanda Azərbaycanda Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar var. Azərbaycanda isə Belarusa neft məhsulları, polietilen, digər kimyəvi məhsullar, şokalad məmulatları, meyvə şirələri, bentonit pambıq, iplik, aliminium materialları ixrac olunur.

May ayının 16-sı tarixində prezidentlərin iştirakı ilə aşağıdakı mühüm sənədlər imzalanıb:

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”;

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”;

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”;

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”; 

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”;

“Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”;

“Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”;

“Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”.

Qarşılıqlı əlaqələrin inkişafı üçün qarşıya qoyulan hədəflər isə olduqca çoxdur və reallaşdırılması üçün mühüm addımlar atılır. Ən əsası, hər iki ölkənin siyasi rəhbərliyində xalqların rifahı naminə münasibətləri strateji səviyyəyə qaldırmaq üçün güclü iradə və çevik mexanizmlər var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol