Menu

BAKIDA İKİ SƏRNİŞİN AVTOBUSU TOQQUŞDU - 6 nəfər xəsarət aldı + FOTOLAR

19.05.2024, 17:23
BAKIDA İKİ SƏRNİŞİN AVTOBUSU TOQQUŞDU - 6 nəfər xəsarət aldı + FOTOLAR

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub. 

"AzPolitika" apa.az-a istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib. 
"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.









Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol