Menu

RƏİSİNİN ÖLÜMÜNDƏ SANKSİYALARIN ROLU... – Keçmiş nazir təsdiqləyir, ekspert nə deyir?

20.05.2024, 14:24
RƏİSİNİN ÖLÜMÜNDƏ SANKSİYALARIN ROLU... – Keçmiş nazir təsdiqləyir, ekspert nə deyir?

İranda baş verən helikopter qəzasında ABŞ sanksiyalarının rolu qabardılır. Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Birləşmiş Ştatların İrana qoyduğu sanksiyalar Prezidentin və yüksək rütbəli dövlət xadimlərinin ölümündə rol oynayıb. O, ölkəsinə Qərbin qoyduğu sanksiyalardan dolayı texnoloji inkişafdan geri qaldıqlarını vurğulayıb.

İnternet texnologiyaları üzrə mütəxəssis Osman Gündüz bildirir ki, İran “Bell” helikopterlərini 1970-ci illərin əvvəllərindən, Rza Şah Pəhləvinin dövründən ABŞ-dən almağa başlayıb: “Sonradan İran şahı bu helikopterlərin istehsalı üçün İsfahanda zavod inşa edilməsinə göstəriş verir. Lakin 1979-cu il inqilabı ilə Şah devriləndən sonra bu iş yarımçıq qalıb. ABŞ isə həmin "İsfahan" zavodunu Texasda qurur və “Bell”in ən müasir modellərini istehsal edir. Təbii ki, yeni “Bell”ləri və onun detallarını da İrana verməkdən imtina edir. 1979-cu ilədək İranın ABŞ-dən xeyli sayda “Bell” helikopterləri aldığı haqqında məlumatlar var. Bir neçə il öncənin statistikasına görə, İran 28 ədəd “Bell” helikopterinə sahib olub”.

Ekspert qeyd edir ki, ABŞ və digər ölkələr İrana qarşı texnoloji sanksiyalar tətbiq etdikdən sonra İranın bu helikopterdən istifadəsində problemlər yaranıb. “Sonradan vəziyyətdən çıxmaq üçün İran Helikopter Təmiri Zavodu yaradıb, uzun illər öz daxili resursları ilə amerikan helikopterlərini təmir edərək istifadə edə bilib. Hətta onların bazasında yerli helikopterlər də istehsal ediblər. Lakin görünən odur ki, xarici texnologiyanı daxildə və daxili resurslarla təmir edərək uzağa getmək mümkün olmayıb. Texnologiya öz sözünü deyib”.

O.Gündüzün sözlərinə görə, 50 il ABŞ ilə savaşan İranın 1-ci şəxsinin həmin ölkənin 50 il istismar dövrü olan, təmir olunmuş texnologiyasından istifadə etməsi düşündürücüdür. “Mürəkkəb bir şəraitdə baş verən qəza yerinin məhz Türkiyəyə məxsus müasir texnologiya ilə müəyyən edilərək koordinatlarının İrana ötürülməsi də diqqət cəlb edir”, - mütəxəssis vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Eli 2024-05-20 14:46:52

Allah helak olanlara rehmet eylesin.Demeli İranın adi vetendaşı geyimine ,yemeyine her şeye maksimim qenaet etmekde ele rehmetlik Prezidentlerine oxşayıb.Demeli ölkenin 1- ci Şexsi dövket seviyyesinde tehlükesizliyşne de qenaet edirmiş .Allah Sene rehmet eylesin Ulu Mirze Celil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol