Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiyası prosesi üzərindən erməniləri növbəti dəfə Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırmağa çalışan erməni kilsəsi və onun arxasında duran rusiyapərəst müxalif qüvvələrin önə çıxardığı Tavuş yeparxiyasının təxribatçı çağırışları ilə tanınan arxiyepiskopu Baqrat Qalstanyanın “İrəvan sərgüzəştləri” başa çatlr.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatı keşiş Baqratın başının dəstəsi ilə Tavuşa qayıtdığını yazıb və bu barədə videogörüntülər yayımlayıb. Robert Koçaryanın məsləhəti və II Qareginin xeyir-duası ilə İrəvana yürüş edən və mayın 9-da mitinq keçirən Baqrat və onun himayədarlarının bütün səylərinə baxmayaraq, növbəti günlərdə ermənilərin Paşinyan hakimiyyətinə qarşı kütləvi etirazlarını təşkil etmək mümkün olmayıb. Müxalifət parlamentdə Paşinyana qarşı impiçment məsələsini qaldırmağa da nail ola bilməyib. Bütün bunlardan sonra bu gün Baqratın Tavuşa qayıtması labüd idi.
Doğrudur, rusiyapərəst və revanşist qüvvələr Qalstanyanın Tavuşa qayıtmasını onun sərhəddəki delimitasiyaya mane olmaq istəyi ilə əlaqələndirirlər. Lakin videogörüntülərdən də məlum olur ki, Baqratın ətrafında 5-10 erməni var və sözsüz ki, bununla hər hansı prosesə müdaxilə etmək mümkünsüzdür.
Ermənistan mətbuatı isə buinunla bağlı yazır: “Hazırda çoxlu sayda polis əməkdaşı Tavuş rayonunun Kirants kəndində cəmləşib. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə buraya gəlib. Lakin sərhədin Kirants hissəsində demarkasiya üzrə işlər artıq başa çatmaq üzrədir. Ermənistan sərhəd qüvvələri demarkasiya olunmuş ərazidə sərhədə nəzarəti həyata keçirir. Kirantsa giriş müvəqqəti olaraq bağlanıb. Kəndə yalnız onun sakinləri girə bilər”.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
"Yalnız ağızdan yüksək təzyiq altında çıxan hava kütləsinə öskürək deyilir". (dadaşyev.Seçilmiş əsərləri.14-cü cild,səh 471.samizdat.Bakı)
Şeyx gərək gedib öz kolleqası ilə söhbət edə ,baxma hər ikisi Kiryuşaya ( Kirilə ) bağlı insanlardı