Menu

İşğaldan azad olunmuş ərazilərdə yaşil perspektivlər - UNEC tələbəsinin yazısı

20.05.2024, 16:22
İşğaldan azad olunmuş ərazilərdə yaşil perspektivlər - UNEC tələbəsinin yazısı

Allahverdiyev Teymur Vüqar oğlu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

“Biznes və menecment” fakültəsi 942 saylı qrup tələbəsi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yek­dil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və eti­ma­dın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qo­runması, iq­lim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının ba­riz nü­mu­nə­sidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azər­bay­canın enerji siyasətinin prioritetidir.

Qeyd etmək istərdim ki, bububla bağlı olaraqətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyat­la­rın­dan və da­yanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi isti­qamətində işlər apa­rılır. 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad olunmuş əra­zi­lər­də yenidənqurma və bərpa prosesinə baçlanılıb, genişmiqyaslı tədbirlər planı həyata keçirilir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, eko­sis­­tem bərpa olunur. Bundan əlavə Qarabağ iqtisadi zonası strateji baxı­mın­dan geniş pers­pek­­tivə malik olduğundan gələcəkdə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq.

Bəs COP29 və Yaşıl iqtisadiyyatla bağlı tədbirlər çərçivəsində görülən işlər işğaldan azad olun­muş ərazilərdə hansı perspektivləri müəyyən edə bilər?

Ermənistanın törətdiyi ekoterror siyasəti işğaldan azad olunmuş ərzilərdə flora-fauna sis­­teminin pozulmasına və torpağların bir hissəsinin yararsız vəziyyətə düşməsinə səbəb olub. Uzun illər düşmən tərəfindən törədilən bu məqsədli ekoloji ziyanın aradan qal­dı­rıl­ma­­sı ilə bağlı bir sıra genişmiqyaslı işlər həyata keçirilir. Buna aid olaraq torpaqların çirklənmə­dən təmizlənməsini, meşələrin və su hövzələrinin bər­pasını və digər istiqamətdə aparılan əsas tədbirləri göstərmək olar.

Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərin füsunkar təbiəti, günəş və külək enerjisindən istifadə imkanları burada bərpa olunan enerji infrastrukturunun qurulumasına imkan yaradır. Bu istiqamətdə görülən işlər isə həm ekoloji təmiz enerji istehsalını təmin edər, həm də yerli iqtisadiyyata müs­bət təsir göstərə bilər. Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisi potensialı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir, buda davamlı enerji infrastrukturunun qurulmasında çox önəmlidir.


Gözəl təbiəti olan torpaqlara əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpa­sı orada turizm inkişaf strategiyası həyata keçirilməsini aktual edir. Gə­lə­cək­də Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəl­bə­cər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutu­lur. Təbiətin rəngarəngliyi, hər rayonun özünəməxsus turizm potensialından daha səmərəli isti­fa­də etməyə imkan verir. 

Məsələn, Kəlbəcər rayonunda təbiət, mədəniyyət, sağlamlıq, qış tu­riz­mi məhsullarının daha çox inkişaf etdirilməsi planlaşdırılır. Şuşada isə önəmli mə­qam tarixi-mədəni abidələrin, resursların tanıtımı, festivalların keçirilməsi üzərində turizm planları var. Həmçinin Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turiz­mi, Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli-Ağdam-Cəbrayılda isə mədəniyyət turizmi inkişaf etdirilə bilər. Qarabağda 3 hava limanının tikilməsi Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin fü­sunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçək­ləşdirmələrinə imkan yaradacaqdır.

Eyni zamanda, regionda mövcud olan potensial və təbii-relyef xüsusiyyətləri nəzərə alaraq üzümçülük, tütünçülük, baramaçılıq və arıçılıq sahələrinin bərpası və genişləndiril­məsi, heyvandarlığın yem təminatı baxımından mövcud olan otlaq və biçənəklərin möv­cud­luğu, taxıl və yem bitkiləri əkinlərinin də genişləndirilməsi hesabına aq­ro­ekoloji layihələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Məqaləmi Prezident İlham Əliyevin sözləri ilə bitirmək istərdim: “Biz bu poten­sial­dan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol