Menu

Belarus analitikləri ilə professor Zahid Məmmədov arasında görüş keçirilib - FOTOLAR

20.05.2024, 16:44
Belarus analitikləri ilə professor Zahid Məmmədov arasında görüş keçirilib - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə olunması Departamentinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla Belarus Strateji Araşdırmalar İnstitutunun rəhbərliyi və analitikləri arasında görüş keçirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş “Belarus və Azərbaycan arasında strateji qarşılıqlı fəaliyyət” mövzusunda ekspert seminarı çərçivəsində baş tutub.

Söhbət zamanı ekspertlər mövcud beynəlxalq vəziyyəti müzakirə edib, qlobal iqtisadiyyatın inkişafı, mədəni və elmi-ekspert qarşılıqlı fəaliyyət istiqamətləri, o cümlədən Belarus və Azərbaycan arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün yekununda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol