Menu

Türkiyədə bir günlük matəm elan edildi - İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar

20.05.2024, 21:57
Türkiyədə bir günlük matəm elan edildi - İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə bir günlük matəm elan edilib.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.

Şərhlər

Türk Turan 2024-05-21 06:45:27

Çox doğru addımdır. Təşəkkürlər Türkiyə, təşəkkürlər Ərdoğan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol